7.
Yeniləşmiş əskinas necə olacaq?

Yeniləşdirilmiş lari əskinasında, lari əskinaslarının ilkin mövzusu qorunub-saxlanılıb. Lakin sonrakı dəyişikliklər həyata keçirilib:

Əskinaslarda təqdim olunan tarixi hadisələr müxtəlif yeni elementlərlə rəngarəngləşdirilib. Bununla dizayn daha artıq dəqiqlik və müasir görüntü ilə Gürcüstanın vacib mədəni-tarixi irsini təqdim edir;Nominallara əsasən kəskin ayrıd edilən rənglər istifadə olunub. Bu rənglər harmonik şəkildə əsas syujetin dominant və kontrast rəngləri ilə birləşir;

Əskinasların ölçüləri də yeniləşdirildi. Nominallara əsasən əskinasların ölçülərinin diaqonal, simmetrik artma prinsipi istifadə edilib;

Əskinaslar üzərinə istifadəçi üçün asan qavranılan və eyni zamanda, müasir və yüksək texnalogiyalı müdafiə nişanları yerləşdirildi. Əskinasların dizayn stili, parametrləri və müdafiə nişanları hər bir nominal üçün uyğunlaşdırılıb və ardıcıldır.   Dizayn tərkibində olan detallar maksimal dərəcədə müdafiə nişanları ilə inteqrasiya olunub və bütövlükdə vahid ailə konsepsiyasını yaradır.  Bununla yanaşı yeniləşdirilmiş əskinasların  texniki xususiyyətləri əskinasın dövriyyədə olduğu zaman kirlənməyə və xarab olmaya davamlılığının artırılmasını təmin edir.