45.
2016-cı ilədək hansı emissiya illəri əskinasları buraxılıb və bu baxımdan hansı dəyişikliklər baş verib?

2016-cı ilədək buraxılan əskinaslar və həyata keçirilən dəyişikliklər:

 

Nominal

I emissiya

 I modifikasiya1

II modifikasiya2

reprint3

1 lari

1995

1999

2002

2007

2 lari

1995

1999

2002

-

5 lari

1995

1999

2002

2008, 2011, 2013

10 lari

1995

1999

2002

2007, 2008, 2012

20 lari

1995

1999

2002

2008, 2011, 2013

50 lari

1995

1999

2004

2008, 2011, 2013

100 lari

1995

1999

2004

2008, 2012, 2014

200 lari

2007

-

-

-

 

1 1995-ci ilin emissiyası əskinaslarından fərqli olaraq 1999-cu ilin emissiyası əskinaslarına, “Gürcüstan Respublikası” yazısı əvəzinə, Konstitusiya ilə uyğunlaşdırılma məqsədi ilə hər iki dildə “Gürcüstan” yazısı keçirildi. Bundan başqa xətaların aradan qaldırılması məqsədi ilə ultrabənövşəyi müdafiə nişanı dəyişikliyə məruz qaldı.

 

2 2002-ci (1, 2, 5, 10, 20 lari) və 2004-cü (50, 100 lari) illərdə buraxılan əskinaslara müəyyən müdafiə nişanları əlavə olundu. Dizaynda  rənglərdən istifadə olundu, şrift, əskinaslar üzərlərində olan bədii təsvirlər və fonlar əsas dizayn dəyişdirilmədən mükəmməlləşdirildi.

 

3 2004-cü ildən sonar 2016-cı iləədək buraxılan əskinasların yalnız buraxılma ili və Gürcüstan Milli Bankı prezidentinin və ya maliyyə nazirlərinin imzaları dəyişildi.