32.
Yeniləşdirilmiş əskinaslar kirlənmədən nə dərəcədə müdafiə olunur?

Yeniləşdirilmiş əskinaslar mikroskopik lak ilə örtülüb. Bu əskinası kirlənmədən və aşınmadan müdafiə edir. Lak örtüyü vurmaq vacib dərəcədə əskinasın davamlılığını artırır.  Əskinas lak örtüyü ilə  hər iki tərəfdən örtülüb. Əskinası kirlənmədən, həmçinin relyef metodu ilə hazırlanan təsvir və yazılar da qoruyur.   Yeniləşdirilmiş əskinaslarda relyef çapı metodu ilə demək olar ki, bütün əsas təsvirlər və yazılar, eləcə də tez-tez əl ilə toxunulan künc ornamentləri yerinə yetirilib.