28.
Sürətli ödəmə cihazlarında yeni əskinasların istifadəsi çətinlik yaratmayacaq ki?

Yeni əskinaslar üçün parametrlərin və müdafiə mexanizmlərinin seçilməsi zamanı kommersiya banklarının və ödəmə cihazlarının sahibi şirkətləri tərəfindən istifadə olunan milli pul nişanlarının alınma-verilmə, sayma və ya nəğd pul ilə əməliyytların digər texniki cihazlarının texniki göstəriciləri, onların işləmə xüsusiyyəti, bu cihazlar vasitəsi ilə əskinasların yoxlanması imkanları nəzərə alındı. Müvafiq olaraq qeyd edilən texniki vasitələrin yeniləşdirilmiş əskinaslara uyğunlaşması problemsiz mümkündür və bu baxımdan çətinliyin yaranacağının nəzəri mümkünlüyü belə mövcud deyil.Bununla yanaşı kommersiya bankları və bu cihazların sahiblərinin, yeniləşdirilmiş əskinaslarının dövriyyəyə buraxılmasına qədər vaxtında onların texniki vasitələrinin adaptasiyasını təmin etməyə imkanları olacaq. Müvafiq olaraq qeyd edilən texniki vasitələrin yeniləşdirilmiş əskinaslara adaptasiyası problemsiz baş verdi və əskinasların dövriyyəyə buraxılmasından sonra bu baxımdan hər hansı bir çətinlik olmayıb.