23.
Rənglər dəyişdimi və nədən?

100 larilik nominaldan başqa yeniləşdirilmiş lari əskinaslarında, əsasən artıq mövcud olan dominant rənglərdən istifadə olunub. Yalnız dominant rənglərin spektri və intensivliyi dəyişilib.  Qeyd edilən dominant rənglərin qorunub-saxlanılması vacibdir. Belə ki, gələcəkdə, köhnə və yeni əskinasların dövriyyədə istifadəsi zamanı əhali tərəfindən onların qavranması çətinləşməsin.  100 larilik nominal əskinası üçün 50 larilik nominaldan kəskin fərqlənən dominant rəng istifadə olunub. Belə ki, bu günə qədər buraxılan 50 və 100 larilik nominal əskinaslarının rənglərinin oxşarlığı, onların bir-birləri ilə səhv duşulməsi riskini yaradırdı.