16.
Larinin yeniləşdirilmiş əskinasının dizaynının yaradılması necə baş verdi? Lari əskinasının dizaynı ilə əlqəli müsabiqə eln olunmuşdumu? Bu prosesdə kim iştirak edirdi?

Əskinasın hazırlanması işinin xüsusiyyətləri və bilvasitə çapı prosesinin müşayət faktlarını nəzərə almaqla Gürcüstan Milli Bank Şurasının qərarı ilə larinin yeniləşdirilmiş əskinasları üçün dizayn eskizləri, Milli Bankın prezidentinin hüquqi akta əsasən bu məqsəd ilə yaradılan müvəqqəti komissiya tərəfindən müəyyən edilmiş dizayn və digər xüsusiyyətlərinin əsas yönlərinin nəzərə alınması ilə Gürcüstan Milli Bankının dizaynerləri  (bu günə qədər buraxılan lari əskinaslarının dizaynının yaradılma prosesində olublar) tərəfindən hazırlanıb. Lakin qeyd edilən eskizlərə əsasən dizaynın inkişaf etdirilməsi, mükəmməlləşdirilməsi,  Milli Bank tərəfindən tərəfdaş  kimi seçilən, əskinaslar hazırlayan şirkətlərin dizaynerləri və mütəxəssisləri ilə bərabər həyata keçirilib.