15.
Yeni əskinasın hazırlanması hansı mərhələlərdən ibarətdir?

Əskinasların hazırlanması sonrakı mərhələlərdən ibarətdir:

–         Əskinasların dizaynı və digər xüsusiyyətlərinin əsas yönlərinin müəyyənləşdirilməsi və müvafiq dizaynın eskizinin işlənib-hazırlanması;

–         Əskinasları hazırlayan müəssisənin seçilməsi, bu müəssisədə Gürcüstan Milli Bankı tərəfindən işlənib-hazırlanan dizayn və digər xüsusiyyətlərin inteqrasiyası-təkmilləşdirilməsi;

–         Əskinasların hazırlanması üçün lazım olan orijinal materialların hazırlanması;

–         Əskinaslar üçün lazım olan kağızın, boyanın və gərək olan xammalın işlənib-hazırlanması, keyfiyyətin yoxlanılması və təmin edilməsi;

–         Əskinasların siqnal nümunələrinin hazırlanması, razılaşdırılması;

–         Əskinasların kütləvi istehsalı;

–         Hazır əskinasların keyfiyyətinin nəzarəti;

–         Hazır əskinasların qablaşdırılması;

–         Hazır əskinasların sifarişçiyə çatdırılması;

–         Milli Bankda, alınan əskinasların nəzarət yoxlanılması;

–         Əskinasların çeşidləyən aqreqatların texniki təmin edilməsi;

–         Əskinasların dövriyyəyə buraxılmasının təşkil edilməsi.

 

Çap edilmənin texnoloji prosesi bir nçə mərhələdən ibarət olur (offset, intaqlio, trafaret çap, yüksək çap, laklama) və hər bir mərhələ arasında müəyyən vaxt intervalı gərəkdir. Belə ki, hər çapdan sonar boyanın quruması lazımdır. Daha sonar əskinasın formatına uyğun olaraq ölçüləərə kəsilməsi, keyfiyyətə nəzarət, qablaşdırılma və nəqliyyat edilməsi baş verir.