14.
BU GÜNƏ QƏDƏR DÖVRİYYƏDƏ OLAN ƏSKİNASLARA DAİR HANSI PROBLEMLƏR VARDI?

Müasir təcrübəni nəzərə almaqla, qeyd etmək olar ki, vizual baxımdan əvvəlki illərin emisiyalarının lari əskinasları nominal baxımından tam şəkildə vahid ailə təssürratını yaratmırdı. Beynəlxalq təcrübədə inkişaf edən, artan texnologiyaları nəzərə almaqla, istər vizual, istərsə də keyfiyyət baxımından qeyd edilən əskinaslar artıq köhnəlib və dünyada əskinaslarım istehsalı sahəsində inkişaf edən, aşağıda sadalanan tendensiyalara cavab vermir:

-          Ağ sahələr və çərçivə-konturlarsız əskinaslar kirlənməyə qarşı davamlılıq baxımından doğruldulur;

-          Əhali tərəfindən daha yaxşı qavranılması baxımından, hər bir nominal üçün eyni dizaynı və çap edilmə stili;

-          Müxtəlif nominal əskinasların rəngləri arasında kəskin kontrast. Bu da nominalların bir-biri ilə səhv salınma riskini azaldır. 

-          Əskinaslar üzərindəki əsas syujetin dominant və kontrast rənglərlə uyğunlaşdırılmış  çap dizaynı detalları və torları rənglər qradasiyasının müxtəlifliyi üçün istifadə edilib. Bu da saxta pulun hazırlanması üçün ən yaxşı maniədir;

-          Kəskin konsentrasiya edilmiş, intaqlio xətləri ilə yerinə yetirilmiş portretlər və onların saxtalaşdırılmasından daha yaxşı müdafiə edilməsi və eyni zamanda vizual-estetik tərəfinin yaxşılaşdırılması baxımından;

-          Əskinasın, müdafiə nişanlarının yüksək texnologiyalı oxuma cihazı baxımından prioriteti. Bu sürətli ödəmənin avtomatık vasitələri və onlara olan tələbatdan irəli gəlir;

-          Əskinasların ümumi görünüşünün vahid konsepsiyası. Bu dizaynın tərkib hissəsi olan detalların maksimal dərəcədə müdafiə nişanlarının bir-biri ilə uyğunlaşan inteqrasiyasını və harmonik uyğunlaşşmasını nəzərdə tutur.

- Müxtəlif nominallarda eyni görünüşü və dizaynı olan müdafiə nişanları istifadə olunmuşdu. Bu falsifikasiya faktlarına (kiçik nominalın daha böyük nominala çevirildilməsi) imkan yaradırdı;