13.
Əskinasların yeniləşdirilməsinin əsas səbəbi əvvəlki əskinasların saxtalaşdırılmasının artma faktoru ilə əlaqəli deyil ki?

Qeyd etdiyimiz kimi, hazırkı mərhələdə əskinasların modifikasiyası köhnəlmiş müdafiə nişanları və mənəvi köhnəlmiş dizaynın yeniləşdirilməsi vacibliyindən irəli gəlirdi.

Dünyada əskinasların saxtalaşdırılmadan müdafiə olunması mexanizmləri və texnalogiyalarının sürətli inkişafı ilə ardıcıl olaraq saxtalaşdırma metodları da mükəmməlləşir. Prevensiya məqsədi ilə Milli Bank əskinasın keyfiyyətinin, istər müdafiə, istərsə də dözümlülük və estetik baxımından  yaxşılaşması üçün adekvat tədbirlər görməyə borcludur. Və bu baxımdan işlər, dövriyyədə saxtalaşdırılma potensialı özünü biruzə verənə qədər başlamalıdır.