12.
Milli Bank lari əskinaslarını nədən yeniləşdirdi? Bu lari dəyərinin ucuzlaşması ilə əlaqəli deyil ki?

Lari əskinaslarının yeniləşdirilməsi yalnız və yalnız milli valyutanın vizual, eləcə də keyfiyyət baxımından yaxşılaşdırılmasına qulluq edir və lari məzənnəsinin dəyişikliyi ilə əlaqəli deyil. Müasir texnologiyaların sürətli templə inkişaf etmə şəraitində saxta pulun hazırlanması metodları davamlı olaraq dəyişir və saxtalaşdırma keyfiyyəti yaxşılaşdırılır. Müvafiq olaraq 8-10 ildən bir pul əskinaslarında müəyyən növ dəyişikliklər həyata keçirilməlidir. Bu müdafiə, dözümlülük və ya estetik baxımından dəyişiklik ola bilər. Bizim reallıqdan irəli gələrək sürətli ödəniş vasitələrin geniş yayılması, lari əskinasının estetik baxımdan (belə ki, lari əskinasının vizual tərəfi dünyada əskinasları industriyasındakı inkişaf edən yeni yanaşmalara cavab vermir), həmçinin tez xarab olmaması və saxtalaşdırılmağa qarşı davamlı olması baxımından yaxşılaşdırılması gərəkliyini yaratdı. Bununla yanaşı əskinasların hazırlanması yetərli dərəcədə uzun sürən prosesdir. Milli Bank lari əskinaslarının modifikasiya edilməsi, yeniləşdirilməsi yönündə fəal işə (müvafiq materialların tədqiqi və dizayn eskizlərinin hazırlanması da daxil olmaqla) uzun müddət bundan əvvəl başladı. Nominalların dövriyyəyəsinin təmin edilməsi üçün müvafiq rezerv ehtiyatlarının doldurulması məqsədi ilə 20, 50, 100 lari, bir müddət sonra isə 5 lari nominalında olan əskinasların hazırlanması yönündə iş adi rejimdə başladı. Bunu Milli Bank əvvəlki emisiya əskinasları ilə davamlı olaraq həyata keçirirdi. 10 larilik əskinasın yeniləşdirilməsi də analoji metodla olacaq.