Yeniləşmə barəsində
2016
ildən Gürcüstan Milli Bankı milli valyutanın –larinin yeniləşdirilmiş banknotlarını dövriyyəyə buraxmağa başladı.
2019-cu ilin oktyabrın 1-dən yeniləşdirilmiş 10 lari nominalının banknotları dövriyyəyə buraxılacaq.
Yeniləşdirilmiş 20 lari və 50 lari nominalının banknotları 2016-cı il fevralın 1-dən dövriyyədədir.
Yeniləşdirilmiş 100 lari nominalının banknotları 2016-cə il noyabrın 1-dən dövriyyədədir.
2017-ci ilin sentyabrın 1-dən yeniləşdirilmiş 5 lari nominalının banknotları dövriyyəyə buraxıldı.
Larinin yeniləşdirilmiş
banknotlarında yaxşı tanınan, lari banknotlarının lap başdan olan tematikası qorunub saxlanılıb, eyni zamanda banknotlarda təqdim olunan tarixlər ayrı-ayrı yeni ünsürlərlə çox rəngarəngləndirilmişdir.
Yeniləşdirilmiş dizayn daha da dəqiqliklə və müasir görünüş ilə Gürcüstanın mühüm mədəni-tarixi irsini biruzə verir.
Larinin yeniləşdirilmiş banknotlarını kəskin şəkildə fərqlənən rənglərin şaxəsi xarakterizə edir ki, bu da əsas süjetlərin dominant, təzadlı rəngləri ilə qaynayıb qarışıb.
Banknotların ölçüləri də yeniləşdi.
Nominallara müvafiq olaraq banknotların ölçülərinin diaqonal, simmetrik artım prinsipindən istifadə olunub.
Hər bir nominal üçün banknotların formalaşdırma üsulu yeniləşdirilib. Parametrlər və qoruyucu əlamətlər müasirdir, yoxlanılmışdır və ardıcıldır. Eyni zamanda dizaynın tərkib cizgiləri maksimum olaraq qoruyucu əlamətlər ilə inteqrasiya olunub və bütövlükdə vahid ailə konsepsiyasını yaradır.
Larinin yeniləşdirilmiş banknotlarının istifadəçi tərəfindən asanca qavranılması üçün, eyni zamanda müasir və yüksək texnoloji proses nəticəsində alınan mühafizəedici əlamətlər ilə hifz edilib. O cümlədən, zəif görmə qabiliyyəti olan şəxslər üçün nominalın tanınılması əlaməti istifadə edilib.
Larinin yeniləşdirilmiş banknotları dövriyyədə onların çirklənmədən və sürtülmədən davamiyyətini artıran materiallardan və qoruyucu mexanizmlərdən istifadə edərək hazırlanmışdır.
Gürcüstan Milli Bankında işlənib hazırlanan larinin yeniləşdirilmiş banknotlarının eskizlərinin dolğun olması prosesində dünyanın aparıcı pul çap şirkətləri iştirak edirdilər: „Giesecke+Devrient Currency Technology“ (Almaniya), „Oberthur Fiduciaire“ (Fransa), „De La Rue“ (İngiltərə).
Əvvəlki emissiya banknotları larinin yeniləşdirilmiş banknotları ilə birlikdə dövriyyədə olacaqlar.